İnzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət vermək mümkündü. Qanunvericilikdə protokoldan şikayət nəzərdə tutulmayıb.
Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs inzibati tənbehi tətbiq edilmir.