Xəbərlər

Fəaliyyətə başladıq!

Fəaliyyətə başladıq!

2020-12-01 15:27:33

Azərbaycanda online hüquq xidməti göstərən ilk şirkət fəaliyyətə başlayıb.

Norma Hüquq Mərkəzi fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri göstərəcək.

Online hüquqi dəstək xidməti göstərən Norma Hüquq Mərkəzi 7/24 istifadəçilərin xidmətindədir. Şirkətlə *0005 çağrı mərkəzi və www.norma.az saytında qeydiyyatdan keçib sorğu yaratmaqla əlaqə saxlamaq olar.  

Şirkət istifadəçilərinə sürücü hüquqi dəstək xidməti, fiziki şəxs üçün hüquqi xidmət, korporativ xidmət paketləri təklif edir.

Sürücü hüquq dəstək xidməti avtomobil idarəetməsi zamanı qarşılaşılan hüquqi məsələlər və problemlərin həllinə yardım göstərir. İstifadəçilər göstərilməsini istədikləri xidmətin çeşidindən asılı olaraq paketlərə abunə ola bilərlər. Sürücülərə standart, gold və premium dəstək paketləri təklif edilir.  

Sürücü hüquqi dəstək xidməti online hüquqi məsləhət, sürücülük fəaliyyəti zamanı rastlaşılan problemlə bağlı şikayətin hazırlanması, digər hüquqi prosedurların yerinə yetirilməsini nəzərdə tutur.

 

Fiziki şəxslər üçün nəzərdə tutulan xidmətlərə hüquqi konsultasiya üçün qəbul, bütün hüquqi sənədlərin hazırlanması, mülki, inzibati, cinayət hüquqi ilə bağlı məsələlərdə bütün prosedurların həyata keçirilməsi, həmçinin məhkəmə prosesində vəkillə təmin edilmə daxildir.

 Şirkət hüquqi şəxslər üçün də korporativ xidmətlər təklif edir. Outsourcing hüquq xidmətləri, şirkət sənədlərinin hüquqi analizi və ekspertizası, HR, mühasibatlıq, vergi və audit xidmətləri, məhkəmə proseslərində korporativ tərəfdaşın vəkillə təmin edilməsi xidmətləri mövcuddur.

Norma Hüquq Mərkəzinin peşəkar komandası abunəçilərinə konfidensiallığa və şirkət sirlərini qorumağa tam zəmanət verməklə yüksək peşəkarlıqla xidmət göstərməyə hazırdır.