Qanunvericiliyin tələbinə görə, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil.
İnzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət vermək mümkündür. Qanunvericilikdə protokoldan şikayət nəzərdə tutulmayıb.
Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.
Ölkəmizdə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə zaman-zaman rastlaşırıq.
Qanunsuz sahibkarlıq fəaaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən bu fəaliyyət ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mirasda mirasçının vəsiəti ilə yanaşı məcburi pay da aktual mövzulardan biridir. Belə ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəlləyə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasına daxildir. Bu səbəbdən yuxarıda qeyd olunan şəxslərin də mirasdan məcburi pay hüququ vardır.
Bəzən yol hərəkəti qaydasını pozan avtomobil sürücüləri hadisə yerindən yayınırlar. Bu halda İnzibati Xətalar Məcəlləsinin 327.6. qanununa əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Boşanmaq üçün 50 AZN mediasiya, 50 AZN isə məhkəmə rüsumu nəzərdə tutulub. Yəni, boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 AZN rüsum ödəyir.
Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bəs bu yardıma kimlər müraciət edə bilər?
Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir: Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
"Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən yardım ala biləcək şəxslərin siyahısında aliment alan və verən şəxslər də var. Yəni əgər siz aliment alır və ya verirsinizsə, yenə də müvafiq göstəricilərə uyğun olmaqla ÜDSY üçün müraciət edə bilərsiniz. Lakin bunu da qeyd etməliyik ki, ÜDSY verilməsi ilə bağlı qanuna əsasən ailənin orta aylıq gəlirinin hesablanmasında faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır.
Mülkü Məcəllənin 477-ci maddəsinə görə əgər müqavilənin müddətinin bitməsindən 1 il keçibsə və bu müddət ərzində bank zaminə qarşı heç bir tələb irəli sürməyibsə, məhkəməyə verməyibsə zaminlik müqaviləsinə xitam verilir. 1 ildən sonra bank zamini məhkəməyə versə belə işə xitam verilməlidir.
Qeyri-rəsmi nikahın nəticəsində də aliment almaq olur!
Belə ki, Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Rəsmi və ya qeyri rəsmi qurulan ailələrdə də qadın və ya kişinin aliment tələb etmək hüququ var və bu qanunla tənzimlənir. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir.
Bu il 40 mindən çox sürücü avtobus zolağına çıxdığı üçün cərimələnib. Belə ki, qaydanı pozan avtomobillər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, həm nişanlanma xəttinin tələbini pozduqlarına, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozduqlarına görə 40 manat məbləğində cərimə olunurlar. Əgər həmin zolaq qırıq-qırıq nişanlanma xəti ilə qalan zolaqlardan ayrılıbsa, yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb onu tərk etmək olar. Bu zaman avtobusa mane olmaq qadağandır.
Bəzi hallarda boşanma zamanı ər və arvad arasında əmlak bölünmür. Gəlin, bu hallarla tanış olaq:
Belə ki, ailə məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Amma əgər nənə və babanın iş qabiliyyəti və əmək fəaliyyəti yoxdursa, aliment ödəyə bilməz.
Boşanma zamanı yaranan problemlərdən biri də əmlak bölgüsüdür. Əmlak ipotekadadırsa bu məsələ daha çox sual doğurur.
Boşanma zamanı ipotekadan geriyə qalan məbləğ müvafiq qaydada hər iki tərəf tərəfindən bərabər şəkildə ödənilməlidir. Bəzi hallarda tərəflərdən biri, məsələn qadın bu borcu ödəməkdən imtina edə bilər. Bu halda kişi olunmuş ödənişlərin 50%-ni qadına qaytarmalıdır. Bundan sonra ödənişi yalnız kişi etməli və sonda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir.
Boşanma ərəfəsində əmlak bölgüsü həyata keçirməyən bir çox vətəndaş bunun sonradan mümkün olub-olmadığı ilə maraqlanırlar. Bəli, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Yəni 3 il ərzində iddia qaldırmaq mümkündür.
İşdən çıxarılan zaman əməkdaşın sənədləşməsi aşağıdakı formada həyata keçirilməlidir:
Əmək müqaviləsinin xitamı barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir;
Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir;
Son haqq-hesab dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur.