HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR!

norma.az
Norma Hüquq Mərkəzi fiziki və hüquqi şəxslərə hüquq, konsaltinq, audit, mühasibatlıq və HR xidmətləri təklif edir.

Online hüquqi dəstək xidməti göstərməklə bir ilkə imza atan Norma Hüquq Mərkəzi 7/24 istifadəçilərin xidmətindədir.

Şirkət istifadəçilərinə sürücü hüquqi dəstək xidməti, fiziki şəxs üçün hüquqi xidmət, korporativ xidmət paketləri təklif edir.

Sürücü hüquqi dəstək xidməti

Sürücü hüquq dəstək xidməti avtomobil idarəetməsi zamanı qarşılaşılan hüquqi məsələlər və problemlərin həllinə yardım göstərir. İstifadəçilər göstərilməsini istədikləri xidmətin çeşidindən asılı olaraq paketlərə abunə ola bilərlər. Sürücülərə standart, gold və premium dəstək paketləri təklif edilir.

Sürücü hüquqi dəstək xidməti online hüquqi məsləhət, sürücülük fəaliyyəti zamanı rastlaşılan problemlə bağlı şikayətin hazırlanması, digər hüquqi prosedurların yerinə yetirilməsini nəzərdə tutur.

Fiziki şəxslərə hüquq xidməti

Fiziki şəxslər üçün bu hüquqi xidmətlər göstərilir: Fiziki şəxsin hüquqi konsultasiya üçün qəbulu, bütün hüquqi sənədlərin hazırlanması, mülki, inzibati, cinayət hüquqi ilə bağlı məsələlərdə bütün prosedurların həyata keçirilməsi, həmçinin məhkəmə prosesində vəkillə təmin edilməsi.

Fiziki şəxslər üçün xidmətlər həm yerində, həm də online qaydada həyata keçirilir.

Hər bir xidmətin abunəliyi bir dəfə üçün nəzərdə tutulub.

Korporativ xidmətlər

Hüquqi şəxslər üçün bu korporativ xidmətlər təklif olunur: outsourcing hüquq xidmətləri, şirkət sənədlərinin hüquqi analizi və ekspertizası, HR, mühasibatlıq, vergi və audit xidmətləri, məhkəmə proseslərində korporativ tərəfdaşın vəkillə təmin edilməsi.

Korporativ hüquqi xidmətlərlə bağlı ayrıca və ya kompleks abunəlik paketləri təklif olunur. Korporativ xidmətlər yerində və online qaydada aparılır.

Norma Hüquq Mərkəzinin peşəkar komandası abunəçilərinə konfidensiallığa və şirkət sirlərini qorumağa tam zəmanət verməklə yüksək peşəkarlıqla xidmət göstərməyə hazırdır.

Hüquq bir gün hamıya lazım olur!

ƏN ÇOX VERİLƏN SUALLAR

Qanunvericiliyin tələbinə görə, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil.

İnzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət vermək mümkündür. Qanunvericilikdə protokoldan şikayət nəzərdə tutulmayıb.

Ölkəmizdə də qanunsuz sahibkarlıq fəaliyyəti ilə zaman-zaman rastlaşırıq.
Qanunsuz sahibkarlıq fəaaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyətidir.
Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən bu fəaliyyət ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Mirasda mirasçının vəsiəti ilə yanaşı məcburi pay da aktual mövzulardan biridir. Belə ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı var. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəlləyə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasına daxildir. Bu səbəbdən yuxarıda qeyd olunan şəxslərin də mirasdan məcburi pay hüququ vardır.

Bəzən yol hərəkəti qaydasını pozan avtomobil sürücüləri hadisə yerindən yayınırlar. Bu halda İnzibati Xətalar Məcəlləsinin 327.6. qanununa əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Boşanmaq üçün 50 AZN mediasiya, 50 AZN isə məhkəmə rüsumu nəzərdə tutulub. Yəni, boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 AZN rüsum ödəyir.

Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Bəs bu yardıma kimlər müraciət edə bilər?

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir: Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna əsasən yardım ala biləcək şəxslərin siyahısında aliment alan və verən şəxslər də var. Yəni əgər siz aliment alır və ya verirsinizsə, yenə də müvafiq göstəricilərə uyğun olmaqla ÜDSY üçün müraciət edə bilərsiniz. Lakin bunu da qeyd etməliyik ki, ÜDSY verilməsi ilə bağlı qanuna əsasən ailənin orta aylıq gəlirinin hesablanmasında faktiki ödənilən alimentlər ailənin məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə ailənin məcmu gəlirində nəzərə alınır.

Mülkü Məcəllənin 477-ci maddəsinə görə əgər müqavilənin müddətinin bitməsindən 1 il keçibsə və bu müddət ərzində bank zaminə qarşı heç bir tələb irəli sürməyibsə,  məhkəməyə verməyibsə zaminlik müqaviləsinə xitam verilir. 1 ildən sonra bank zamini məhkəməyə versə belə işə xitam verilməlidir.

Qeyri-rəsmi nikahın nəticəsində də aliment almaq olur!

Belə ki, Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Rəsmi və ya qeyri rəsmi qurulan ailələrdə də qadın və ya kişinin aliment tələb etmək hüququ var və bu qanunla tənzimlənir. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir.

Bu il 40 mindən çox sürücü avtobus zolağına çıxdığı üçün cərimələnib. Belə ki, qaydanı pozan avtomobillər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, həm nişanlanma xəttinin tələbini pozduqlarına, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozduqlarına görə 40 manat məbləğində cərimə olunurlar. Əgər həmin zolaq qırıq-qırıq nişanlanma xəti ilə qalan zolaqlardan ayrılıbsa, yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb onu tərk etmək olar. Bu zaman avtobusa mane olmaq qadağandır.

Bəzi hallarda boşanma zamanı ər və arvad arasında əmlak bölünmür. Gəlin, bu hallarla tanış olaq:

  • Əgər əmlak nikahdan əvvəl əldə olunubsa;
  • Əgər əmlak bağışlanıbsa;
  • Əgər əmlak ümumi qazanc hesabına deyil, şəxsi vəsait hesabına əldə olunubsa;
  • Nikah müqaviləsində belə bir müddəa varsa;
  • Əmlak uşağın adına rəsmiləşdirilibsə.

Belə ki, ailə məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Amma əgər nənə və babanın iş qabiliyyəti və əmək fəaliyyəti yoxdursa, aliment ödəyə bilməz.

Boşanma zamanı yaranan problemlərdən biri də əmlak bölgüsüdür. Əmlak ipotekadadırsa bu məsələ daha çox sual doğurur.

Boşanma zamanı ipotekadan geriyə qalan məbləğ müvafiq qaydada hər iki tərəf tərəfindən bərabər şəkildə ödənilməlidir. Bəzi hallarda tərəflərdən biri, məsələn qadın bu borcu ödəməkdən imtina edə bilər. Bu halda kişi olunmuş ödənişlərin 50%-ni qadına qaytarmalıdır. Bundan sonra ödənişi yalnız kişi etməli və sonda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir.

  • Etibarlıq müddəti qurtardıqda;
  • Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirildikdə;
  • Yazılarında yalnışlıqlar müəyyən edildikdə;
  • Yararsız hala düşdükdə;
  • İtirildikdə.

Boşanma ərəfəsində əmlak bölgüsü həyata keçirməyən bir çox vətəndaş bunun sonradan mümkün olub-olmadığı ilə maraqlanırlar. Bəli, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Yəni 3 il ərzində iddia qaldırmaq mümkündür.

İşdən çıxarılan zaman əməkdaşın sənədləşməsi aşağıdakı formada həyata keçirilməlidir:

Əmək müqaviləsinin xitamı barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir;

Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir;

Son haqq-hesab  dedikdə, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr nəzərdə tutulur.

Məxfilik siyasəti
Platforma üzvün şəxsi məlumatlarını qorumağa, texniki təhlükəsizliyə və məxfiliyə zəmanət verir.
Sənədlərin hazırlanması, online və ya fiziki qəbul və məsləhətləşmə zamanı konfidensiallığın qorunmasını təmin edilir.
istifadəçinin şəxsi məlumatların məxfiliyinin qorunmasına platforma məsuliyyət daşıyır və məlumatı üçüncü şəxsə verməməyə öhdəlik götürür. Məlumatlar yalnız müstəsna hallarda, istifadəçinin yazılı icazəsi və ya məhkəmə qərarı əsasında verilə bilər.
İstifadəçi şəxsi məlumatlarını ( şəxsi kabinet şifrəsini, login və s) digər şəxslərə verməməlidir və buna görə özü məsuliyyət daşıyır.
Norma Hüquq Mərkəzi istifadəçinin məxfi kart məlumatlarına malik deyil və onları özündə saxlamır.
ÜMUMİ ŞƏRTLƏR

1.1 istifadəçi bu razılaşmanı qəbul etməklə Norma Hüquq Mərkəzinin norma.az platformasında (bundan sonra platforma) qeydiyyatdan keçir və şərtləri qəbul etdiyini təsdiqləyir.

1.2 İstifadəçi qeydiyyat zamanı tələb olunan məlumatların doğruluğuna, zəruri olduqda sənədlərin portala yüklənməsinin təmin etməli, tələb edildikdə onun əslini və ya təsdiq olunmuş surətini təqdim etməlidir

1.3 Platforma qaydalarda dəyişiklik etmək, qaydalara zidd hərəkətlərə görə əməkdaşlığa xitam vermək, hər hansı xidməti təklif etməkdən imtina etmək hüququnu özündə saxlayır.

1.4 Platforma qaydalarda edilən dəyişiklik barədə üzvləri məlumatlandırmağı təmin edir.

2. MƏXFİLİYİN QORUNMASI

2.1 Platforma üzvün şəxsi məlumatlarını qorumağa, texniki təhlükəsizliyə və məxfiliyə zəmanət verir.

2.2 Sənədlərin hazırlanması, online və ya fiziki qəbul və məsləhətləşmə zamanı konfidensiallığın qorunmasını təmin edilir.

2.3 İstifadəçinin şəxsi məlumatların məxfiliyinin qorunmasına platforma məsuliyyət daşıyır. Məlumatlar yalnız müstəsna hallarda, istifadəçinin yazılı icazəsi və ya məhkəmə qərarı əsasında verilə bilər.

2.4 İstifadəçi şəxsi məlumatlarını ( şəxsi kabinet şifrəsini, login və s) digər şəxslərə verməməlidir və buna görə özü məsuliyyət daşıyır.

3. Razılaşmanı qəbul edən tərəflərin məsuliyyəti ( Qaytarılma və dəyişdirilmə şərtləri, ödəmə və ləğv etmə qaydası)

3.1 Zəruri və tələb olunan sənədlərin platformaya göndərilməməsi, yəni istifadəçinin öhdəliklərini icra etməməsi səbəbindən baş vermiş gecikmə ilə bağlı istifadəçiyə dəyən zərərə görə norma.az məsuliyyət daşımır.

3.2 İstifadəçi və platforma qarşılıqlı olaraq meydana gələn, gözlənilməyən dəyişikliklər barədə bir-birini məlumatlandırmalıdır. Fors major hallarda müqaviləyə bütünlüklə və ya qismən xitam vermək və ya icrasını dayandırmaq hüququnu tərəflər özündə saxlayır.

3.3 Platformaya üzv olanlardan etik qaydalara uyğun davranmaq tələb olunur, şəxslər barədə söyüş, təhqir, böhtan yolverilməzdir. Belə hallar üzvün bloklanması və platformadan kənarlaşdırllması üçün əsasdır.

3.4 İstifadəçi yalnız seçdiyi və ödəniş etdiyi xidmətin göstərilməsini tələb edə bilər. Digər xidmətlərin göstərilməsi üçün əlavə seçim və ödəniş tələb olunur. Ödəmə sistemdən online (bank kartları vasitəsilə) və Milli Ön terminallarından balansın artırılması ilə həyata keçirilir.

3.5 norma.az-ın məsləhət və tövsiyəsindən imtina etməyə görə istifadəçi özü məsuliyyət daşıyır. İstidafəçinin ödəniş etdiyi xidmətdən istifadə etməməsi ödənişin geri qaytarılması üçün əsas hesab edilmir.

3.6. Üzvün yaranmış (hüquqi, texniki, internet istifadəsi və s) mübahisə ilə bağlı platformaya müraciət etmək hüququ var.

3.7 norma.az ilə bağlı mübahisələrə məhkəməyə qədər pretenziya qaydasında 30 iş günü müddətində baxılır və pretenziya platformaya norma.az saytı üzərində sorğu yaratmaqla göndərilir.