Onlayn konsultasiya - Qaynar xətt
Azərbaycanda həm ofisdə, həm də tam onlayn formada professional şəkildə hüquq xidmətləri göstərən ilk şirkət olan Norma Hüquq Mərkəzi fərdi şəxslər üçün hüquq xidmətlərini təqdim edir.
Norma Hüquq Mərkəzinin müştəriləri üçün 24/7 fəaliyyət göstərən telefon nömrələri və sosial şəbəkələr üzərindən əlaqə vasitələri mövcuddur. Qaynar xəttimiz həm bizim aktiv abunə olan müştərilərimiz, həm də hüquq xidmətlərindən yararlanmaq istəyən digər fərdi şəxslər üçün fəaliyyət göstərir. Norma Hüquq Mərkəzinin hüquq xidmətlərinə abunə olan şəxslər telefon nömrələrimizlə əlaqə saxlayaraq, əlavə ödəniş etmədən hüquq xidmətlərindən yararlana bilərlər. Hüquq xidmətlərimizə abunə olmayan yeni müştərilərimiz isə bizimlə əlaqə saxlayaraq problemləriylə bağlı hüquqşünasla danışmaq üçün randevu götürə bilərlər. Operator ən qısa zamanda sizi hüquqşünasla əlaqələndirir və o sizin sualınızı cavablandırır. Bundan başqa siz bizim Norma.az saytımızda qeydiyyatdan keçərək hüquqi suallarınızla bağlı onlayn sorğu verə bilərsiniz. Həm zəng, həm də saytın içərisində göstərilən xidmətin qiyməti cəmi 20 azn-dir.