HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR!

"Sürücü hüququ" paketi nədir ?

2022-02-18 16:15:00

Azərbaycanda həm ofisdə, həm də tam onlayn formada professional şəkildə hüquq xidmətləri göstərən ilk şirkət olan Norma Hüquq Mərkəzi yol hərəkəti iştirakçıları üçün “Sürücü hüququ” paketlərini təqdim edir.

“Sürücü hüququ” paketləri xidməti Azərbaycanda yalnız Norma Hüquq Mərkəzində mövcuddur. Paket yol hərəkəti iştirakçılarına bir növ hüquqi sığorta xidmətidir. Bu paketi əldə edən bütün növ yol hərəkəti iştirakçıları yol hərəkəti zamanı rastlaşdıqları problemlərlə bağlı məsləhət ala və aidiyyəti qurumlara şikayətlərini Norma Hüquq Mərkəzinin hüquqşünaslarına yazdıra bilərlər.

“Sürücü hüququ” paketləri avtomobil, motosikl, moped, velosiped, skuter sürücüsü olmağından asılı olmayaraq və heç bir nəqliyyat vasitəsi idarə etməyən piyadaya belə aiddir. Yol hərəkəti iştirakçısı olan hər kəs bu paketləri əldə edərək, müştərilərimiz üçün 7/24 fəaliyyət göstərən *0005 qaynar xəttimiz vasitəsilə hüquqlarının müdafiəsini təmin edə bilərlər.  “Sürücü hüququ” paketləri illik xidmət haqqı ilə fəaliyyət göstərir. Müştəri il ərzində bir dəfə ödəniş etməklə xidmətdən limitsiz sayda istifadə edə bilər. Standart, gold və premium olmaqla üç paket mövcuddur.

İllik cəmi 24 azn olan standart paketinin abunəçisi olan müştərilər sürücü hüquqları haqqında konsultasiya (hüquqi məsləhət) ala bilərlər. Bura daxil olan məsələlər bunlardır; yol hərəkəti haqqında qanunun tələbləri barədə məlumatlandırma, yol hərəkəti qaydalarının pozulması və onların nəticələri haqqında məlumatlandırma, inzibati və cinayət qanunvericiliyinə dair məsləhətlər, qayda pozuntularının qanunvericiliyə uyğunluğunun yoxlanılması, cərimələr barədə protokolların hüquqi analiz edilməsi, icbari sığortada tərəflərin məsuliyyəti barədə məsləhət verilməsi, sığorta ödənişlərinin alınması qaydaları barədə məsləhət verilməsi.

İllik cəmi 49 azn olan gold paketinin abunəçisi olan müştərilər həm sürücü hüquqları haqqında konsultasiya (hüquqi məsləhət) ala, həmçinin də DİN və məhkəməyə protokol və qərar şikayətlərini Norma Hüquq Mərkəzinin hüquqşünaslarına professional şəkildə yazdıra bilərlər. Bundan öncə qeyd edilən standart paketinin içinə daxil olan bütün məsələlər gold paketinə də aiddir.

İllik cəmi 49 azn olan gold paketinin abunəçisi olan müştəriləri eynən standart və gold paketindən olduğu kimi həm sürücü hüquqları haqqında konsultasiya (hüquqi məsləhət) ala, həmçinin də DİN və məhkəməyə protokol və qərar şikayətlərini Norma Hüquq Mərkəzinin hüquqşünaslarına professional şəkildə yazdıra bilərlər. Premium paketin digər iki paketdən əsas fərqi ondan ibarətdir ki, sizin yol hərəkəti zamanı əməlinizdə cinayət predmeti varsa, biz sizə ibtidai istintaq zamanı özünü müdafiə etmək üçün hüquqi məsləhətlərimizi veririk, həmçinin vəkilə ehtiyac olarsa, endirimli qiymətlə sizi vəkillə təmin edirik.

Paketləri həm onlayn formada qeydiyyatdan keçərək, tələb olunan məbləğlə balansınızı artırdıqdan sonra saytın içindən ala bilərsiniz, həm də ofisə yaxınlaşaraq əldə edə bilərsiniz. Ünvanımız Fikrət Əmirov 2, Hökumət evinin (keçmiş domsovet) arxasında yerləşir. Əlavə suallarla bağlı *0005 və 051 424 0005 əlaqə nömrələrimizdən əldə edə bilərsiniz.

Sonda sizə paketlərimizə abunə olub, faydasını görən iki müştərimizin paketlər haqqında dediyi fikirlərin videosunu təqdim etmək istəyirik. Ümid edirik ki, bu video sizə paketlərin rolunu anlatmaqda daha yardımçımız olacaq.