HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR!

Arvad vəfat etmiş ərin pensiyasını ala bilərmi?

Arvad vəfat etmiş ərin pensiyasını ala bilərmi?

2022-04-25 12:20:00

Sual verirlər ki,yaxşı pensiya alan atam rəhmətə gedib. Anam onun pensiyasını ala bilərmi? Bəli, bu, mümkündür, amma gərək ki, ananız pensiya yaşına çatmış olsun. Yəni, ananızın ən azı 62 yaş yarım yaşı olmalı və yaxud da 1-ci, 2-ci qrup əlil olmalıdır. Belə olan halda atanızın pensiyasını ala bilər. Ailə başçısını itirməyə görə uşaqlar da həmin pensiyadan ala bilər. Bunun üçün uşaqlar 18 yaşına  çatmış olmalı və ya əyani ali təhsil almalıdır. Sağlamlıq imkanları məhdud, əlillik dərəcəsi olan övladlar da atasının pensiyasını ala bilər.

 

Şamil Paşayev
Hüquqşünas