Cinayət hüququ - Norma.az Hüquq Mərkəzi
Təəssüf ki, bəzən həyatda cinayətdən yan qaçmaq mümkün deyil. Fərdi şəxslər cinayət hallarında hüquqlarının qorunması üçün Norma Hüquq Mərkəzinə müraciət edə bilər. Norma Hüquq Mərkəzinin uzun illər güc strukturlarında çalışmış, təcrübəli hüquqşünasları sizi müdafiə etməyə hazırdır. Peşəkar hüquqşünas və vəkillərimiz cinayət işinin başlanmasının rədd edilməsi, dayandırılması və xitam edilməsi ilə bağlı qərarlardan vəsatət və şikayətin hazırlanması, ibtidai və məhkəmə istintaqı zamanı istintaq orqanının hərəkət və hərəkətsizliyindən şikayət və vəsatətin hazırlanması, cinayət işinin istintaq materialları ilə tanışlıq və məsləhətin verilməsində sizə yardımçı ola bilərlər. Bundan başqa təkrar, kompleks və komisyon ekspertizaların keçirilməsi və təmin edilməsi barədə vəsatətin hazırlanmasında, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma ilə bağlı prosedurun həyata keçirilməsində də sizə dəstək göstərə bilərlər. Cinayət hüququ ilə bağlı işlərdə xidmət haqqı 150 azn-dən başlayır.